Saziş Sövdələşmə

tərəflərin iqtisadi əməliyyatların keçirilmə-sindən əvvəl əldə edilən, lakin bəyan edilməyən razılaşması.
Satqı Sifarişi
Sazişlərdə Bazis Şərtləri
OBASTAN VİKİ
Saziş
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Sövdələşmə qabiliyyəti
Sövdələşmə qabiliyyəti — mübahisəli situasiyada olan tərəflərin bir-birinə təsir göstərmək qabiliyyəti. Əgər hər iki tərəf debatda bərabər şəraitdə olarsa, o zaman onlar bərabər sövdələşmə qabiliyyətinə malik olarlar. Bu, tərəflərin ölçüsü və gücü, mövcud alternativlər və ünsiyyət kimi amillərdən asılıdır. Sövdələşmə qabiliyyəti əmək haqqı, qiymətlər və bazar strukturu kimi iqtisadi nəticələrə təsir göstərə bilər. Buna dövlət tənzimlənməsi və elmi-texniki tərəqqi kimi xarici amillər təsir edir. Sövdələşmə qabiliyyəti konsepsiyasının ardıcıl təhlil üçün mühüm əhəmiyyət kəsb etdiyi bir sıra sahələr var. Bunlara oyun nəzəriyyəsi, əmək iqtisadiyyatı, kollektiv sövdələşmələr, diplomatik danışıqlar, məhkəmə çəkişmələrinin həlli, sığortanın qiyməti və ümumilikdə istənilən danışıqlar daxildir. Sövdələşmə qabiliyyətinün bir neçə formulları hazırlanmışdır. Amerikalı iqtisadçı Nil Volverton Çemberlenə görə, A-nın sövdələşmə qabiliyyətinü B-nin A-nın şərtləri ilə razılaşmadığı halda yaranacaq xərclərin A-nın şərtləri ilə razılaşdığı halda yaranacaq xərclərə nisbəti kimi izah etmək mümkündür. A ilə fikir ayrılığının B üçün yaradacaq nisbətən yüksək həmcdəki xərci o deməkdir ki, A-nın sövdələşmə qabiliyyəti güclüdür.
Saziş 123
123 Sazişi, Saziş 123 və ya 123 saylı Nüvə Razılaşması — ABŞ-nin 1954-cü il Atom Enerjisi Aktının "Başqa Millətlərlə Əməkdaşlıq" başlıqlı 123-cü Maddəsi. ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsidir. Bu günə qədər ABŞ 48 ölkə ilə təxminən iyirmi üç saziş imzalayıb. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123 müqavilə 123 Sazişinin "qızıl standartı" adlandırılır.
Xam sövdələşmə (film, 1986)
Xam sövdələşmə (ing. Raw Deal) — 1986-cı ildə Con İrvin tərəfindən çəkilmiş ABŞ filmidir. Xam sövdələşmə — Internet Movie Database saytında.
İblislə sövdələşmə (film, 2006)
İblislə sövdələşmə (ing. The Covenant) — ABŞ istehsalı olan fantastika, döyüş və qorxu janrlı film. Rejissor Renni Harlinin lentə aldığı bu film 2006-cı ildə işıq üzü görüb. Baş rollara Stiven Streyt, Sebastian Sten, Tobi Heminqvey və Laura Hemsey çəkiliblər. Film ABŞ və dünyada 8 sentyabr 2006-cı ildə təqdim olunub. 1692-ci ildə Massaçusets İpsviç kaloniyasında sirli qüvvələrə sahib 5 ailə sahib olduqları gücləri sirr tutacaqlarına dair and içmişdilər. Lakin aralarından bir ailənin bu sirri pozması nəticəsində digər ailələr tərəfindən aralarından uzaqlaşdırıldı, yalnız o günə qədər... Seçilmiş yaxşı məktəb olan Spencer Akademiyasının dört gənc tələbəsi əjdadlarından qalan bu güclərə sahibdirlər. Hər biri 1600-cü illərdə İpsviç Koloniyasında yaşayan ailələrin mirascısı olaraq həmin xüsusi qüvvələrlə birlikdə dünyaya gəliblər. Uşaqlıqdan bəri birlikdə böyüyüblər.
Transqafqaz dəmir yolu haqqında saziş
Transqafqaz dəmir yolu haqqında saziş — Cənubi Qafqaz dəmir yolunun hərəkət vasitələrinin bölüşdürülməsi haqqında Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətləri arasında bağlanmış saziş. 1918-ci il iyunun 4-də Batumda sülh danışıqlarında iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətlərinin səlahiyyətli nümayəndələri Cənubi Qafqaz dəmir yolu idarəsinin sərəncamında olan keçmiş Rusiya dövlətinə məxsus parovozların, yük və sərnişin vaqonlarının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, Cənubi Qafqaz dəmir yolunda mövcud olan hərəkət vasitələri razılığa gələn dörd tərəf arasında hər ölkənin ərazisindəki dəmir yolu xəttinin uzunluğuna uyğun surətdə bölüşdürülməli idi. Sazişi Azərbaycan Xalq Cümhuriyyəti admdan Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski, Osmanlı imperiyası adından Xəlil bəy və Vehib paşa, Gürcüstan Respublikası adından N.Ramişvili və Q.Qvazava, Ermənistan Respublikası adından A.Xatisov və R.Caçaznuni imzaladılar. Azərbaycan və Osmanlı nümayəndələri arasında iyunun 4-də Batumda imzalanmış dostluq müqaviləsi ilə Cənubi Qafqazda dəmir yolu nəqliyyatının normal işinin təşkil edilməsi üçün ikitərəfli öhdəliklər də razılaşdırıldı. Müqavilənin 6-cı maddəsinə görə, tərəflər dəmir yolu ilə yük daşımalarında bir-birinə əlverişli şərait yaratmağı, aşağı tariflər müəyyən etməyi öhdələrinə götürür, dəmir yolunun istismarı və hərəkət vasitələrinin saz vəziyyətdə saxlanmasına, yeni dəmir yolu xətlərinin inşası üçün zəruri olan materialların daşınması zamanı xüsusilə aşağı tarif tətbiq edilməsinə razılıq verirdilər. Osmanlı dövləti iyunun 4-də Ermənistanla bağladığı sülh və dostluq müqaviləsinə görə, Aleksandropol (Gümrü) - Culfa dəmir yolundan da istifadə hüququ əldə etdi. Ermənistanın ixtiyarında cəmi 6 km-lik dəmir yolu xətti qaldı. Osmanlı dövlətinin həmin gün Gürcüstan Respublikası ilə bağladığı sülh və dostluq müqaviləsinə görə, Türkiyə tərəfi bu ölkənin dəmir yollarından Almaniya ilə birlikdə istifadə etmək hüququ aldı. Bu saziş və razılaşmalar hərbi əməliyyatlar zamanı ağır zərbə almış Transqafqaz dəmir yolunun bərpası və normal işləməsi üçün ilk addım oldu.
Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. == Arxa fon == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. == Sazişin mahiyyəti == 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş (AASQHMUHS) — Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin Soyuq müharibədən sonrakı versiyası. 19 noyabr 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul sammitində imzalanmışdır. == Vəziyyət == === İmzalayanlar === 30 dövlət: Azərbaycan, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Danimarka, Fransa, Gürcüstan, Kanada, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Qazaxıstan, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq və ABŞ. Sonradan NATO-ya daxil olan Sloveniya, Litva, Estoniya və Latviya müqaviləni imzalamamışdır. === Təsdiq edənlər === 4 ölkə: Belarus, Qazaxıstan, Rusiya (2007-ci ildə dayandırılmışdır), Ukrayna.